Türkiyə millət vəkili: "Azərbaycanda dünyaya örnək olacaq seçki keçirilir"

Türkiyə millət vəkili: "Azərbaycanda dünyaya örnək olacaq seçki keçirilir"
# 01 noyabr 2015 12:11 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Müxtəlif məntəqələrdə müşahidələrimiz zamanı gördük ki, seçkilər demokratik şəkildə, stabilik içərisində keçir”.

Bu sözləri Türkiyə Böyük Millət Məclisinin üzvü, TürkPA missiyası çərçivəsində seçkiləri müşahidə edən Halil Ürün deyib. O, Azərbaycan və Türkiyədə parlament seçkilərinin eyni günə təsadüf etdiyinə diqqət çəkərək nəticələrin qardaş xalqlar üçün xeyirli olmasını arzulayıb: "Azərbaycanda çox gözəl seçki keçirilir. Dünyaya örnək olacaq bir seçkidir. Azərbaycanlı seçiciləri belə bir ölkədə yaşadıqları üçün təbrik edirəm. Seçici aktivliyi güclüdür. Hətta soyuq olmasına baxmayaraq, bəzi məntəqələrdə sıra var idi. Səhər bir neçə məntəqədə seçici bir qədər az idi. Soruşduqda dedilər ki, hava soyuqdur, günortaya yaxın gələcəklər. Heç bir qanun pozuntusuna rast gəlmədik. Azərbaycan xalqının təhsil səviyyəsi çox yüksəkdir. Həm seçki komitəsində çalışan şəxslər, həm seçicilər, həm də müşahidəçilər bu prosesi çox yaxşı anlayıblar. Bütün məntəqələrdə də kameralar var. Onlar bütün seçki prosesini qeyd edir və canlı yayımlayır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR