Macarıstan Rusiyaya qarşı sanksiyaların əleyhinə olsa da, qərarın lehinə səs verəcək

Macarıstan Rusiyaya qarşı sanksiyaların əleyhinə olsa da, qərarın lehinə səs verəcək
# 23 noyabr 2015 12:42 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların vaxtının uzadılmasının əleyhinədir. Lakin bununla belə, o veto hüququndan istifadə etməyəcək.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Viktor Orban “Politico” nəşrinə müsahibəsində bildirib. “Veto atom bombasıdır, onu əldə saxlamaq yaxşıdır, istifadə etmək isə yox”, - deyə V. Orban qeyd edib. O qeyd edib ki, sanksiyalarla bağlı yekun qərar Almaniyadan asılı olacaq.

Qeyd edək ki, KİV-də yayılan məlumatlara görə, Antalyada keçirilən G20 sammitində Qərb liderləri Rusiyaya qarşı sanksiyaların 2016-cı ilin iyul ayınadək uzadılması barədə razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR