Azərbaycan prezidenti ABŞ müdafiə katibinin kəşfiyyat üzrə müavini ilə görüşüb

Azərbaycan prezidenti ABŞ müdafiə katibinin kəşfiyyat üzrə müavini ilə görüşüb
# 12 fevral 2016 16:42 (UTC +04:00)

APA-nın məlumatına görə, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib, münasibətlərimizin bir sıra sahələrdə tərəfdaşlıq səviyyəsində olduğu vurğulanıb.

Söhbət zamanı terrorizmlə mübarizə sahəsində əməkdaşlıq baxımından yaxşı perspektivlərin olduğu qeyd edilib, habelə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR