Zaqatala və Qazax hərbi prokurorlarının növbəti səlahiyyət müddəti təsdiqlənib

Zaqatala və Qazax hərbi prokurorlarının növbəti səlahiyyət müddəti təsdiqlənib
# 22 oktyabr 2015 09:15 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Zaqatala və Qazax hərbi prokurorlarının növbəti səlahiyyət müddətləri təsdiqlənib.

APA-nın məlumatına görə, bununla bağlı baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Zaqatala hərbi prokuroru Mustafa Əsgərov və Qazax hərbi prokuroru Şahin Zamanov növbəti səlahiyyət müddətinə həmin rayonların hərbi prokuroru vəzifələrinə təyin olunublar.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya faktı təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR