Çində qızıl mədənində 6 nəfər ölüb

Çində qızıl mədənində 6 nəfər ölüb
# 16 may 2016 04:18 (UTC +04:00)

Bakı-APA. Çinin paytaxtı Pekin yaxınlığında qeyri-qanuni qızıl hasilatı zamanı 6 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Çinin mərkəzi televiziyası xəbər verib.

Yaralının xəstəxanaya çatdırıldığı bildirilir. İnsident qızıl yatağı yerləşən Pinqu bölgəsində qeydə alınıb. Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.

Qeyd olunur ki, ilin əvvəlindən Çində qeyri-qanuni qızıl hasilatı ilə məşğul olan 25 nəfər saxlanılıb. Polis faktla bağlı araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR