ARDNF-nin büdcəsinə dəyişiklik edilib

ARDNF-nin büdcəsinə dəyişiklik edilib
# 18 mart 2016 15:01 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il büdcəsi haqqında” 29 dekabr 2015-ci il tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

APA-Economics” xəbər verir ki, dəyişikliklərə əsasən fondun gəlirləri 46,6% və ya 2 mlrd. 133 mln. 90 min manat azaldılaraq 4 mlrd. 578 mln. 474,6 min manat, xərcləri isə 30,4% və ya 2 mlrd. 487 mln. 534 min manat artırılaraq 10 mlrd. 668 mln. 933,7 min manat səviyyəsində təsdiqlənib.

Bundan başqa, Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) 2 mlrd. 218 mln. 370,6 min manat və ya 57,2% azaldılaraq 3 mlrd. 875 mln. 682,4 min manat, karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər 1 mln. 302 min manat və ya 62% artırılaraq 3 mln. 402 min manat, neftin və qazın Azərbaycan ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər 6 mln. 678 min manat və ya 53% artırılaraq 19 mln. 278 min manat, Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər 77 mln. 160,1 min manat və ya 12,8% artırılaraq 679 mln. 950,2 min manat, neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar 141 min manat və ya 7,7 dəfə artırılaraq 162 mln. manat səviyyəsində təsdiqlənib.

Fərmana əsasən, 3-cü hissədə verilmiş cədvəl aşağıdakı redaksiyada verilib:

Sıra

№-si2

Xərc istiqamətləri

Xərclərin məbləği

(min manat)

3.1.

Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi

90 000,0

3.2.

Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinə transfert

7 615 000,0

3.3.

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi

70 000,0

3.4.

Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi

137 621,7

3.5.

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi

36 558,0

3.6.

Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi

2 355 318,0

3.7.

Türkiyə Respublikasında “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi

331 776,0

3.8.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

32 660,0

Cəmi

10 668 933,7

1.4. Fərmanın 5-ci bəndi ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı ildə idarə edilməsi ilə bağlı xərclər smetası” aşağıdakı redaksiyada verilsin:

Azərbaycan Respublikası Dövlət Neft Fondunun

2016-cı ildə idarə edilməsi ilə bağlı

X Ə R C L Ə R S M E T A S I

Sıra №-si

Xərclər

Kod

Məbləğ

Əməyin ödənişi

210000

6,078,280

Malların (işlərin və xidmətlərin) satın alınması

220000

4,273,448

Qrantlar və digər ödənişlər

260000

636,700

Təqaüdlər və sosial müavinətlər

270000

100,000

Digər xərclər

280000

11,245,950

5.1.

İcarə və muzdlu xidmətlər

281400

86,000

5.2.

Sair xərclər

282100

8,397,950

5.3.

Bank xərcləri

282300

2,762,000

Qeyri-maliyyə aktivlərinin alınması

310000

10,325,623

XƏRCLƏRİN CƏMİ

32,660,000

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR