Bakı metrosunda ölüm hadisəsi qeydə alınıb - FOTO - VİDEO

Bakı metrosunda ölüm hadisəsi qeydə alınıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 10 noyabr 2015 20:26 (UTC +04:00)

Bakı. Fərahim Qasımov – APA. Bakı Metropoliteninin “İçəri Şəhər” stansiyasında ölüm faktı qeydə alınıb.

APA-nın məlumatına görə, 60 yaşlı Şirəliyev Əliağa metroda qəfil huşunu itirib. Metro əməkdaşları hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının həkimlərini çağırıblar. Həkimlərin apardığı ilkin tibbi müayinə nəticəsində Ə. Şirəliyevin artıq keçindiyini müəyyən olunub.

Faktı Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev təsdiqləyib.

Onun sözlərinə görə, metro əməkdaşları hadisə yerində təhlükəsizlik tədbirləri görüblər, mərhumun yaxınları hadisə barədə məlumatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR