Zərdabda həmkəndlisini qətlə yetirən şəxsin apellyasiya məhkəməsi başlayıb

Zərdabda həmkəndlisini qətlə yetirən şəxsin apellyasiya məhkəməsi başlayıb
# 12 noyabr 2015 15:33 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Zərdabda həmkəndlisini boğazını kəsərək qətlə yetirən şəxsin apellyasiya məhkəməsi başlayıb.


APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Zərdab rayonun Dəliquşçu kənd sakini Vüsal Ələsgər oğlu Mehdiyevin apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin hakimi Ələsgər Novruzovun sədrliyi ilə baxılır. Məhkəmə prosesi noyabrın 26-dək təxirə salınıb.

Qeyd edək ki, ötən il dekabrın 30-da Zərdab rayonun Dəliquşçu kənd sakini Vüsal Mehdiyev həmkəndlisi Rəşad İnşallah oğlu Zeynalovu bıçaqlayaraq qətlə yetirib. Bundan sonra o, mərhumun meyitinin üstünə benzin tökərək yandırıb. R. Zeynalovun meyiti rayonun Xanməmmədli kəndi ərazisində aşkarlanıb.

V. Mehdiyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR