Nazir: “Azərbaycanda tələbələrin 60 faizindən çoxu ödənişli əsaslarla təhsil alır”

Nazir: “Azərbaycanda tələbələrin 60 faizindən çoxu ödənişli əsaslarla təhsil alır”
# 30 iyun 2016 15:30 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycanda tələbələrin 60 faizindən çoxu ödənişli əsaslarla təhsil alır”.

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov deyib ki, bu rəqəm bəzi ali məktəblərdə az, bəzilərində isə çoxdur: “Mümkündür ki, dövlət 100 tələbənin müəyyən ixtisaslar üzrə ödənişini həyata keçirməyə hazır olduğu halda bu ixtisas üzrə müəyyən balı toplayan tələbələrin sayı 90 olsun. Belə olan halda 10 yer boş qalır. Bəzən də dövlət 100 nəfər sifariş etdiyi halda təhsil almaq istəyənlərin sayı 500 nəfər olur. İndiyədək bir çox ali təhsil müəssisəsində tələbələr təhsil haqqını ödəyə bilmədiyi üçün imtahanlara buraxılmırdılar. Bundan sonra onlara təhsil kreditlərinin verilməsi sosial iqtisadi səbəblərdən qaynaqlanan, öz təhsillərini yalnız bu səbəbə görə nəzərdə tutduğu müddətlərdə başa çatdıra bilməyən tələbələrin sayının azalmasına xidmət edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR