Telekanalın keçmiş proqram rəhbəri İcra Hakimiyyətini məhkəməyə verib

Telekanalın keçmiş proqram rəhbəri İcra Hakimiyyətini məhkəməyə verib
# 01 oktyabr 2016 07:54 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. "Mədəniyyət" kanalının keçmiş proqram rəhbəri Danial Aşurbəyov və qardaşı Fərid Aşurbəyov Yasamal rayon İcra Hakimiyyətini məhkəməyə verib.

APA-nın məlumatına görə, qardaşlar icra hakimiyyətinə qarşı kompensasiya ödənilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət ediblər.

Məhkəmə iddianı qeyri-mümkün sayıb.

Bundan sonra onlar apellyasiya şikayəti veriblər. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR