Bakıda şirkətlərin davamlı inkişafı və korporativ sosial məsuliyyəti müzakirə olunur - FOTOSESSİYA

Bakıda şirkətlərin davamlı inkişafı və korporativ sosial məsuliyyəti müzakirə olunur - <span style="color: red;">FOTOSESSİYA
# 15 oktyabr 2015 09:26 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Oktyabrın 15-də “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşəbbüsü və təşkilatçılığı ilə davamlı inkişaf və korporativ sosial məsuliyyətə dair “Baku CSR Conference - 2015” konfransı keçirilir.

APA-Economics”in verdiyi xəbərə görə, bu konfransı keçirməkdə məqsəd ölkədə cari vəziyyətin kompleks qiymətləndirilməsi, habelə bu sahənin inkişafı naminə müxtəlif strukturları arasında, özəl və qeyri-hökumət təşkilatları arasında dialoq və əməkdaşlığın genişləndirilməsindən ibarətdir.

Biznesin sosial məsuliyyəti və ya korporativ sosial məsuliyyət (KSM) şirkətlər tərəfindən cəmiyyətin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsində iştirak etmək barədə könüllü qərarın qəbul edilməsi üzrə yeni konsepsiyadır. Azərbaycanda bir sıra şirkət öz KSM strategiyasına malikdir və həmin strategiyalarda sosial-iqtisadi məsələlərin həlli, yerli icmalarda həyat keyfiyyətinin yaxşılaşdırılması, ictimai rifah, habelə ekoloji sabitliyin təmin edilməsi və ətraf mühitin qorunub saxlanması bəyan edilir.

“Baku CSR Conference 2015” konfransı davamlı inkişaf və korporativ sosial məsuliyyət sahəsində yerli və xarici metodikaların öyrənilməsi üçün əla meydançadır. Debüt konfransda 300 nəfər nümayəndə və 30 natiq iştirak edir. Konfransın nümayəndələri arasında Azərbaycanda fəaliyyət göstərən “SOCAR”, “Ernst&Young”, SAP, “Təmiz Şəhər” kimi aparıcı şirkətlərin təmsilçiləri var. Konfransda həmçinin müxtəlif nazirliklərin və digər dövlət strukturlarının təmsilçiləri, eləcə də məsləhət şirkətləri, beynəlxalq təşkilatlar və xarici ekspertlər iştirak edir.

Konfrans ətraf mühitin qorunması konsepsiyasının qaydalarına riayət edir və buna görə də, məruzələrin xülasəsi konfrans materiallarının elektron məcmusunda dərc ediləcək və həmin məcmunu tədbirin rəsmi veb-saytından www.csrconference.az və konfransın mobil cihazlar üçün nəzərdə tutulmuş tətbiqi proqramından yükləmək mümkündür.

Davamlı inkişaf və korporativ sosial məsuliyyət üzrə 1-ci Azərbaycan konfransının baş sponsoru SOCAR-dır. “Baku CSR Conference - 2015” konfransına rəsmi dəstək BMT-nin İnkişaf Proqramı (UNDP Azərbaycan) tərəfindən göstərilir.

“Baku CSR Conference” davamlı inkişaf və korporativ sosial məsuliyyət sahəsində yerli və xarici təcrübənin öyrənilməsi üçün unikal imkan yaradır. Konfransın keçirilməsi müxtəlif sektorlar arasında bu sahədə dialoqun genişləndirilməsinə kömək edəcək və Azərbaycanda davamlı inkişaf sahəsində gələcək tədbirlər üçün əlavə stimul olacaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR