İmişlidə iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb

İmişlidə iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb
# 23 mart 2016 13:22 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı - APA. İmişlidə 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə ötən gün İmişli rayonunun Xubyarlı kəndində qeydə alınıb. Cəbrayıl rayon sakini, 1959-cu il təvəllüdlü Mirzəliyev Əsəd Mirzəli oğlunun idarə etdiyi “Opel Astra” markalı, 90 DS 251 dövlət nömrə nişanlı avtomobillə Xubyarlı kənd sakini Məmmədov İmran Teyyub oğlunun idarə etdiyi “Mercedess” markalı, 99 CP 143 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Nəticədə “Opel Astra” markalı avtomobilin sürücüsü və həmin avtomobildə olan sərnişinlər Cəbrayıl rayon sakinləri, 1983-cü il təvəllüdlü Mirzəliyev Rüstəm Əsəd oğlu, 2012-ci il təvəllüdü Mirzəliyev Ruslan Rüstəm oğlu, 2009-cu il təvəllüdlü Mirzəliyeva Mələk Rüstəm qızı, 1989-cu il Qulaməliyeva Leyla Hidayət qızı və “Mercedess”də olan sərnişin, İmişli sakini 1956-cı il təvəllüdlü Abdullayev İxtiyar İsmayıl oğlu müxtəlif xəsarətlərlə İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR