Xaçmazda iki avtomobil toqquşub, xəsarət alan var

Xaçmazda iki avtomobil toqquşub, xəsarət alan var
# 07 oktyabr 2015 09:15 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Gəndob-Yalama yolunun 46-cı km, Xudat şəhərinin 4-cü şöbə ərazisində Xaçmaz şəhər sakini, 1972-ci il təvəllüdlü Poladov Xanlar Paşa oğlunun idarə etdiyi “VAZ 21053” markalı, 10 HP 852 dövlət nömrə nişanlı avtomaşınla Siyəzən rayonu, Yenikənd kəndində yaşayan 1973-cü il təvəllüdlü Mahmudov Kamran Heydər oğlunun idarə etdiyi “QAZ 3110” markalı, 10 LF 431 dövlət nömrə nişanlı maşın toqquşub. Nəticədə “VAZ 21053” markalı maşının sürücüsü müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR