Parisdə “Normand dördlüyü”nün növbəti görüşü keçiriləcək

Parisdə “Normand dördlüyü”nün növbəti görüşü keçiriləcək
# 01 fevral 2016 21:14 (UTC +04:00)

Bakı-APA. Ukraynadakı münaqişənin nizamlanması üzrə “Normand dördlüyü" (Fransa, Almaniya, Rusiya və Ukrayna) ölkələrinin XİN rəhbərləri səviyyəsində görüşü gələn həftə baş tutacaq.

APA-nın UNN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidenti Petro Poroşenko və Almaniya kansleri Angela Merkel razılığa gəliblər.

“Tərəflər “Normand formatında” növbəti görüşün XİN rəhbərləri səviyyəsində olacağını və Fransanın paytaxtında keçiriləcəyinə dair razılığa gəliblər”, Ukrayna dövlət başçısının mətbuat xidmətinin açıqlamasında deyilir.

Qeyd edək ki, fevralın 1-də Ukrayna prezidenti P.Poroşenko Berlinə səfər edərək A.Merkellə görüşüb. Tərəflər Minsk razılaşmalarının yerinə yetirilməsi barədə müzakirə aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR