Cəlilabadda avtoxuliqanlıq edən yeniyetmə qəza törədib

Cəlilabadda avtoxuliqanlıq edən yeniyetmə qəza törədib
# 09 yanvar 2016 18:17 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev – APA. Cəlilabadda avtoxuliqanlıq edən yeniyetmə qəza törədib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

“VAZ- 2106” markalı minik avtomobilinin sürucüsu qəfildən idarəetməni itirərək yoldan çıxıb və ağaca çırpılıb. Qəzadan sonra avtomobilin mühərrik hissəsi alışmaga başlayıb. Lakin ətrafdakıların müdaxiləsi ilə alov söndürülüb.

Güclü zərbə nəticəsində xoşbəxtlikdən sürücü xəsarət almasa da, minik avtomobili ciddi zədələnərək yararsız vəziyyətə düşüb.

Hadisə şahidlərinin sözlərinə görə, qəza törədən sürücü yeniyetmə olub.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR