Türkiyə Bundestaq üzvlərinin “İncirlik” hərbi bazasına səfərinə icazə verib

Türkiyə Bundestaq üzvlərinin “İncirlik” hərbi bazasına səfərinə icazə verib
# 08 sentyabr 2016 13:06 (UTC +04:00)

Bakı – APA. Türkiyə ilə Almaniya arasında “İncirlik” aviabazası ilə bağlı problem həllini tapıb.

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, Bundestaqın nümayəndə heyətinin hərbi bazanı ziyarət edərək alman hərbi kontingenti ilə görüşməsinə icazə verilib. Parlamentarların səfəri oktyabrın 4-də həyata keçiriləcək.

Xatırladaq ki, Bundestaqın uydurma “erməni soyqırımı” ilə bağlı qərarından sonra Türkiyə hökuməti alman millət vəkillərinin “İncirlik” hərbi hava bazasını ziyarət etməsinə icazə verməmişdi. Lakin iki həftə əvvəl Almaniyanın Avropa işləri naziri Mikael Rotun Türkiyəyə səfər etməsindən sonra vəziyyət dəyişməyə başlayıb. Çində keçirilən “G-20” toplantısında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya federal kansleri Angela Merkelin görüşündə isə problem həll edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR