“The Korea Herald” qəzetində Azərbaycan səfirinin yazısı çıxıb

“The Korea Herald” qəzetində Azərbaycan səfirinin yazısı çıxıb
# 22 fevral 2016 09:20 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “The Korea Herald” qəzetində Azərbaycanın Koreya Respublikasındakı səfiri Rəmzi Teymurovun Xocalı soyqırımı ilə bağlı yazısı çıxıb.

APA-nın xəbərinə görə, səfir yazıda qeyd edib ki, Sovet İttifaqının 366-cı alayının köməyi ilə Xocalını ələ keçirən Ermənistan silahlı birləşmələri ərazidə hər cür cinayət və zorakılıq hallarına yol veriblər. O, hadisəyə şahidlik edən jurnalistlərin də qeydlərini diqqətə çatdırıb:

“25 fevral, 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş verən qətliama şahidlik edən fransalı journalist Jean-Yves Yunet yazır ki, bir çox müharibələr, nasistlərin törətdiyi qəddarlıqlar barədə eşidib, lakin ermənilərin 5-6 yaşlı uşaqları, günahsız insanları öldürərək onları üstələyib. Ermənistanın insident barədə həqiqətləri gizlətmək cəhdlərinə baxmayaraq onun fəaliyyətləri və şahidlərin dedikləri faciəvi hadisənin Ermənistan silahlı qüvvələri tərəfindən mülki şəxsləri öldürmək məqsədilə bilərəkdən törədildiyini sübut edir. “Human Rights Watch” faciəni Qarabağ münaqişəsinin ən irimiqyaslı qətliamı olduğunu bildirib. Tomas de Vaal isə "Qara Bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında" kitabında Ermənistan prezidenti Serj Sarkisyanın Xocalı ilə bağlı səsləndirdiyi fikirləri qeyd edib: "Xocalıdan əvvəl azərbaycanlılar elə bilirdilər, biz onlarla zarafat edirik. Onlar elə bilirdilər ki, ermənilər mülki vətəndaşlara əllərini qaldıra bilməzlər. Biz bu stereotipi qıra bildik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR