Azərbaycan çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

Azərbaycan çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb
# 05 fevral 2016 09:48 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-190, Kiçik Qafqazın çaylarında 200-300, Lənkəran-Astara bölgəsi çaylarında isə 90-150 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 127 m3/s olmaqla ongünlük normanın 77 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 151 m3/s olmaqla ongünlük normanın 91 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 70 m3/s olmaqla, ongünlük normanın 102 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 45,5 m3/s təşkil edərək ongünlük normanın 66 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 13, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində 10 sm azalma, Şirvanda 4 sm artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 461 sm (2015-ci il fevralın 05-də 329 sm), Şirvanda 365 sm (2015-ci il fevralın 05-də 181 sm), Salyanda 323 sm (2015-ci il fevralın 05-də 166 sm), Bankədə 236 sm (2015-ci il fevralın 05-də 193 sm), Araz çayının Novruzlu məntəqəsində isə 200 sm (2015-ci il fevralın 05-də 78 sm) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR