İranın ali lideri 1000-dən çox dustağı əfv edib

İranın ali lideri 1000-dən çox dustağı əfv edib
# 10 fevral 2016 23:41 (UTC +04:00)

Bakı-APA. İranın ali rəhbəri ayətulla Əli Xamneyi ölkənin milli bayramı, İslam İnqilabının Qələbəsi günü münasibəti ilə 1000-dən çox dustağı əfv edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Əli Xamneyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunur ki, Əli Xamneyi İran Ali Məhkəməsinin sədri, ayətulla Sadiq Amoli Laricaninin müraciətinə əsasən əfv sənədini imzalayıb.

Beləliklə, ölkənin ümumi, inqilabi və hərbi məhkəmələri tərəfindən məhkum olunmuş 1059 dustaq əfv olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR