Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 20 Fevral

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 20 Fevral
# 20 fevral 2016 17:00 (UTC +04:00)

YORUM...

Fransa prezidentinin "Türkiyə və Rusiya arasında müharibə təhlükəsi var" açıqlaması yenilik deyil. Bu təhlükə Rusiyanın hərbi təyyarəsinin türk qırıcıları tərəfindən vurulmasından sonra onsuz da gündəmdədir. Tərəflərin bir-birinə iqtisadi sanksiyalar tətbiq etməsi və Moskvanın Ankaraya sərt olduğu qədər təhrikedici mesajları bu təhlükəni bir az da alovlandırdı və proses davam edir.

Rusiya aviasiyasının dəstəyi ilə Əsəd qüvvələrinin Suriyadakı Türkməndağı bölgəsini işğal etməsi isə vəziyyəti daha da gərginləşdirdi. Baş verənlər Türkiyənin Suriyaya müdaxiləsinin addım-addım yaxınlaşması görüntüsünü göz önünə gətirməyə başladı. Üç gün öncə Türkiyədə, həm də ölkənin paytaxtında törədilən terror aktı isə bu müdaxilənin baş tutacağı ehtimalını gücləndirir.

Ankaranın bu terror aktının Suriyada fəal olan PYD-nin təşkilatçılığı ilə həyata keçirildiyini israr etməsi və Türkiyənin artıq bir neçə dəfə adı çəkilən ölkədə PKK-nın qanadı olan terror qruplaşmasına qarşı əməliyyatlara hazır olduğunu sərgiləməsi müdaxilənin reallığa çevriləcəyini deməyə əsas verir. Amma bir məsələ var - ABŞ-ın bu müdaxiləyə razılığı və NATO-nun hərbi dəstək sözü. Nəzərə alsaq ki, NATO-nun qərarları və mövqeyi də ABŞ-dan asılıdır, o zaman bu müdaxilənin reallığı əksinə, qeyri-reallığa çevrilir. Çünki Vaşinqton açıqlamalarında hələ ki, siyasi dəstək sözündən o tərəfə keçmir...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR