Kreml: Ankaranın İŞİD-dən neft alması barədə məlumatlar Türkiyə rəhbərliyini ifşa etmək üçün deyil

Kreml: Ankaranın İŞİD-dən neft alması barədə məlumatlar Türkiyə rəhbərliyini ifşa etmək üçün deyil
# 01 dekabr 2015 12:00 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Ankaranın İŞİD terror təşkilatından neft alması haqqında məlumatlar Türkiyə rəhbərliyini ifşa etmək deyil, terrorçuluqla mübarizə üçün lazımdır".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Moskva Ankaranın İŞİD-dən neft alması haqqında sübutları ortaya qoymağa hazırdırmı" sualına cavabında bildirib.

"Bu, yeni bəyanat deyil. Əsas məsələ informasiyaya malik olmaq və onu işdə istifadə etməkdir. Nəyisə sübut etmək yox, terrorla mübarizə aparmaq üçün bu məlumatdan istifadə olunur",- deyə Kremlin mətbuat katibi qeyd edib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankaranın İŞİD-dən neft aldığı sübut olunsa, hakimiyyətdən gedəcəyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR