Bakıda polis əməkdaşı xidməti avtomobillə piyadanı vurub

Bakıda polis əməkdaşı xidməti avtomobillə piyadanı vurub
# 07 iyun 2016 08:36 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda polis əməkdaşı yol-nəqliyyat hadisəsi törədib.

APA-nın məlumatına görə, hadisə bir neçə gün əvvəl Sabunçu qəsəbəsi, şəhər şossesində qeydə alınıb. Nəsimi rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşı, polis serjantı, 1988-ci il təvəllüdlü Altay Ələmdar oğlu Mahmudov idarə etdiyi “Fiat Doblo” markalı, 90 AP 170 dövlət nömrə nişanlı maşınla yolu keçən piyada, 1974-cü il təvəllüdlü İradə Məhərrəm qızı Abdullayevanı vurub. İ. Abdullayeva əlindən yüngül xəsarət alıb. Ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR