Azərbaycan Rusiyadan iki tanker alacaq

Azərbaycan Rusiyadan iki tanker alacaq
# 11 aprel 2016 16:55 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Rusiyanın Nijeqorod şəhərində yerləşən “Krasnoe Sormovo” zavodu Azərbaycanın CMS şirkəti üçün 2 tanker inşa edəcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, gəmiqayırma zavodunun mətbuat xidmətindən bildirilib ki, “Krasnoe Sormovo” zavodu aprelin əvvəlində “Dənizçilik və neft-qaz layihələri” şirkətlər qrupunun köməyi ilə "Caspian Marine Services Limited" şirkəti ilə iki tankerin inşası barədə müqavilə imzalayıb. Tankerlər 2016-2017-ci illər ərzində sifarişçiyə çatdırılacaq. Bütün tarixi boyunca zavod bu region üçün 100-dən çox tanker istehsal edib.

“Krasnoe Sormovo” zavodu 1849-cu ildən fəaliyyət göstərən Rusiya gəmiqayırma şirkətidir. Son 75 ildə zavodda 300 sualtı qayıq və xilasetmə apparatları hazırlayıb və modernləşdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR