Şəkidə atasının mənzilindən və avtomobilindən oğurluq edən şəxs saxlanılıb

Şəkidə atasının mənzilindən və avtomobilindən oğurluq edən şəxs saxlanılıb
# 21 noyabr 2015 11:42 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Şəkidə atasının mənzilindən və avtomobilindən oğurluq edən şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Şəki şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 17-də Ağaəli Mustafayevin mənzilindən 1500 manat pul və qızıl əşyalar, habelə həyətində olan “VAZ-2101” markalı avtomobildən 500 manat pul oğurlamış oğlu Araz tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR