“Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin hüquqi status müəyyən edilib

“Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin hüquqi status müəyyən edilib
# 04 may 2016 23:09 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nı təsdiq edib.

APA-nın məlumatına görə, “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.

Buna müvafiq olaraq “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısından çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR