Qənimət Zahidin qohumlarının apellyasiya şikayəti üzrə məhkəmə keçirilir

Qənimət Zahidin qohumlarının apellyasiya şikayəti üzrə məhkəmə keçirilir
# 21 sentyabr 2016 12:28 (UTC +04:00)

Şəhriyar Əlizadə -APA. Bu gün Sumqayıt Apellyasiya Məhkəməsində hazırda Fransada yaşayan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.


APA-nın məlumatına görə, iclasda təqsirləndirilən şəxslər iştirak etməyiblər. Onların vəkillərinin müdafiə etdikləri şəxslərin ev dustaqlığına buraxılmaları və digər məsələlər barədə ötən iclasda verdikləri vəsatətlər müzakirə olunub, hakim vəsatətlərin təmin edilmədiyini deyib. Proses oktyabrın 14-də davam edəcək.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayətində onlara bəraət verilməsi istənilib.

Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR