Prokuror: “Naxçıvanda jurnalistlərin peşə fəaliyyətinə görə təqib edilməsi ilə bağlı cinayət qeydə alınmayıb”

Prokuror: “Naxçıvanda jurnalistlərin peşə fəaliyyətinə görə təqib edilməsi ilə bağlı cinayət qeydə alınmayıb”
# 30 dekabr 2015 06:22 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Bu il Naxçıvan Muxtar Respublikasında peşə fəaliyyəti ilə əlaqədar jurnalistlərin təqib edilməsi və onlara təzyiqlər göstərilməsi ilə bağlı cinayət hadisəsi qeydə alınmayıb”.

APA-nın məlumatına görə, bunu Naxçıvan Muxtar Respublikası Prokurorluğunda 2015-ci ildə görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında Muxtar Respublikanın prokuroru Səbuhi Şahverdiyev bildirib. S. Şahverdiyev qeyd edib ki, həyata keçirilmiş zəruri profilaktik tədbirlər nəticəsində hesabat dövründə yetkinlik yaşına çatmayanlar və narkomanlar tərəfindən cinayət hadisəsi törədilməyib. Lakin əvvəllər məhkum olunmuşlar və sərxoşlar tərəfindən cinayət hadisələri törədilməsi halları qeydə alınıb. Bu kateqoriyadan olan şəxslər tərəfindən cinayət hadisələri törədilməsinin qarşısının alınması üçün bütün qabaqlayıcı profilaktik tədbirlərdən səmərəli istifadə edilməsi zəruridir.

Qeyd edək ki, Naxçıvanda 2015-ci ildə daxili işlər və prokurorluq orqanları üzrə cəmi 18 cinayət hadisəsi qeydə alınıb. Əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayətlərin açılması uçot subyektləri üzrə 95,8 faiz təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR