Şahmar Mövsümov ABŞ dövlət katibinin köməkçisinin müavini ilə görüşüb

Şahmar Mövsümov ABŞ dövlət katibinin köməkçisinin müavini ilə görüşüb
# 24 noyabr 2015 10:58 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bridcet Brink arasında görüş keçirilib.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, Ş. Mövsümov B. Brinkə ARDNF-in fəaliyyəti, onun vəsaitlərinin idarə edilməsi, investisiya fəaliyyəti və Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) çərçivəsində Azərbaycanın gördüyü işlər barədə məlumat verib.

Görüşdə ölkələr arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR