Bakıda dələduzluqda şübhəli bilinən şirkət rəhbərinin barəsində həbs-qətimkan tədbiri seçilib

Bakıda dələduzluqda şübhəli bilinən şirkət rəhbərinin barəsində həbs-qətimkan tədbiri seçilib
# 21 aprel 2016 08:43 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda dələduzluqda şübhəli bilinən “Topstap LTD” MMC-nin təsisçisi Mətanət Həsənovanın barəsində həbs-qətimkan tədbiri seçilib.

APA-nın məlumatına görə, Səbail Rayon Məhkəməsində Mətanət Həsənovanın barəsində 4 ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsinə qərar verilib. Həmin qərardan M. Həsənovanın verdiyi apelyasiya şikayəti isə təmin edilməyib.

Qeyd edək ki, aprelin 11-də Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Bakıda vətəndaşlara külli miqdarda ziyan vuran dələduz qadın saxlanılıb. Mətanət Həsənova ötən ilin noyabrından bu ilin martınadək vətəndaşları işə düzəltmək adı ilə aldadaraq onların xeyli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəyib.

Hazırda faktla bağlı istintaq davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR