Bu il qidadan zəhərlənənlərin sayı açıqlanıb

Bu il qidadan zəhərlənənlərin sayı açıqlanıb
# 11 iyul 2016 12:25 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu ilin 6 ayı ərzində Azərbaycanda qeydə alınan qida zəhərlənmələrinin sayı açıqlanıb.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya açıqlamasında deyib ki, yanvar-iyun aylarında qeydə alınan qida zəhərlənmələri nəticəsində 354 nəfər zərər çəkib.

6 ay ərzində ölkədə qeydə alınan 25 botulizm hadisəsi nəticəsində isə 27 nəfər zəhərlənib. Bu il 1 nəfər qida zəhərlənməsi nəticəsində dünyasını dəyişib.

İ. Abdullayev qeyd edib ki, cari ilin iyun ayında isə 65 qida zəhərlənməsi hadisəsi nəticəsində 79 nəfər zəhərlənib. Onun sözlərinə görə, 2 botulizm hadisəsi nəticəsində isə eyni sayda zəhərlənmə qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR