Uşaq musiqi məktəblərinə əmək və maliyyə intizamını gücləndirmək tapşırılıb

Uşaq musiqi məktəblərinə əmək və maliyyə intizamını gücləndirmək tapşırılıb
# 11 mart 2016 15:34 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Bakı şəhəri və ətraf yaşayış məntəqələrində fəaliyyət göstərən məcburi köçkün uşaq musiqi və incəsənət məktəbləri rəhbərlərinin iştirakı ilə zona müşavirəsi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, müşavirədə 32 məcburi köçkün uşaq musiqi və incəsənət məktəblərinin direktorları və tədris işləri üzrə direktor müavinləri iştirak edib.

Sözügedən məktəblərin bəzilərində üzə çıxan nöqsan və çatışmazlıqlar məktəb direktorlarının nəzərinə çatdırılıb və məktəblərdə əmək, maliyyə, icra intizamının gücləndirilməsi, tədris və kargüzarlıq sənədləri üzrə işin təkmilləşdirilməsi onlara tapşırılıb.

Bununla yanaşı bədii təhsilin inkişafı, gənc nəslin estetik tərbiyəsi, pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı uşaqların üzə çıxarılması, onların yaradıcılıq imkanlarının inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılması və s. məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Zonalar üzrə müşavirələr aprel-may aylarında davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR