Rusiyadan Azərbaycana qızılın gizlin keçirilməsinin qarşısı alınıb

Rusiyadan Azərbaycana qızılın gizlin keçirilməsinin qarşısı alınıb
# 06 avqust 2016 08:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun piyada xəttinə Rusiya istiqamətindən daxil olan Rusiya vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama nəticəsində, həmin vətəndaşın başındakı parçadan hazırlanmış saç sancağının içindən - 44 ədəd üzük, 9 ədəd boyunbağı, 13 ədəd sırğa cütü, 5 ədəd sırğa tayı, 3 ədəd kulon və 2 ədəd əzik məmulat olmaqla, ümumi çəkisi 294,7 qram olan qızıl məmulatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR