Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin may ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 206 272,78 min manat təşkil edib.
“APA-Economics”in DGK-yə istinadən verdiyi xəbərə görə, bu, 2015-ci ilin eyni ayı ilə müqayisədə 64 450,35 min manat və ya 45,44% çoxdur. Aprel ayı ilə müqayisədə 21 123,95 min manat və ya 9,29% azdır.
Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 49 351,15 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 128 374,22 min manat, aksizlər üzrə 16 255,61 min manat, yol vergisi üzrə isə 12 291,8 manat təşkil edib.