Bakıda iki nəfər qarpızdan zəhərlənərək ölüb

Bakıda iki nəfər qarpızdan zəhərlənərək ölüb
# 25 iyul 2016 10:13 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda qida zəhərlənməsindən ölüm faktları qeydə alınıb.

Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini Marina Nəcmuddinova qarpızdan zəhərlənərək ölüb.

Digər hadisə isə Binəqədi rayonunda qeydə alınıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayon ərazisində yaşayan azyaşlı Adil Həşimov qarpızdan zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.

Faktlarla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR