Nəqliyyat Nazirliyinə yeni səlahiyyət verilib

Nəqliyyat Nazirliyinə yeni səlahiyyət verilib
# 26 fevral 2016 19:02 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nəqliyyat Nazirliyinə yeni səlahiyyət verilib.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 noyabr tarixli 2495 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncamında əksini tapıb.

Dəyişikliyə əsasən “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin səhmdarı kimi dövlətin adından müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi səlahiyyəti Nəqliyyat Nazirliyinə həvalə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR