Quba sakini bıçaqlanıb

Quba sakini bıçaqlanıb
# 21 may 2016 07:48 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Quba şəhərində bıçaqlanma hadisəsi qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Heydər Əliyev prospekti 83 ünvanında yaşayan 45 yaşlı Elxan Kərimov bıçaq xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Ona döş qəfəsinin sol tərəfinin və sol budun arxa səthinin kəsilmiş-deşilmiş yaralanması diaqnozu qoyulub.

E. Kərimovun kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR