2015-ci ildə müəllimlərin 40 faizinin əməkhaqqında əhəmiyyətli artım olub

2015-ci ildə müəllimlərin 40 faizinin əməkhaqqında əhəmiyyətli artım olub
# 04 mart 2016 09:30 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. 2015-ci ilin yanvar ayından etibarən Bakı şəhərində diaqnostik qiymətləndirmədən keçən 30 min müəllimin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılıb.

APA-nın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Hesabatda qeyd olunur ki, Bakı şəhərində müəllim-şagird nisbəti 1:10-dan 1:12 nisbətinə yüksəlib: “Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən təlimlərə cəlb edilmiş müəllimlərin 78 faizi yekunda öz göstəricilərini yaxşılaşdırmağa müvəffəq olub. Bakı şəhəri ilə yanaşı, respublikanın 3 şəhər (Sumqayıt, Gəncə, Şirvan) və 9 rayonunda (Xaçmaz, Cəlilabad, Masallı, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Qubadlı, Abşeron) daha 26 minədək müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi həyata keçirilib və onların da əmək haqları artırılıb. Beləliklə, 2015-ci ildə ölkə üzrə ümumtəhsil məktəbləri müəllimlərin 40 faizinin əmək haqqında əhəmiyyətli artım təmin olunub”.

Hesabatda deyilir ki, növbəti illərdə diaqnostik qiymətləndirmə mərhələlərlə digər bölgələrdə də davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR