Gürcüstanın baş naziri istefa verib

Gürcüstanın baş naziri istefa verib
# 23 dekabr 2015 17:38 (UTC +04:00)

Bakı-APA. Gürcüstanın baş naziri İrakli Qaribaşvili istefa verib.

APA-nın “Qruziya-onlayn” saytına istinadən verdiyi məlumata görə, bunu baş nazir keçirdiyi brifinqdə bəyan edib.

İ.Qaribaşvili istefasının səbəbini açıqlamayıb.

Gürcüstan Konstitusiyasına görə, baş nazir postuna yeni namizədin adı bir həftə ərzində məlum olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR