Bakıda tələbə qız intihar edib

Bakıda tələbə qız intihar edib
# 16 dekabr 2015 07:29 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda intihar hadisəsi baş verib.

Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Biləcəri qəsəbəsində yerləşən hərbi şəhərcikdə qeydə alınıb. Orada yaşayan, 1995-ci il təvəllüdlü Xəlilli Çiçək Zakir qızı şəhərciyin həyətindəki yarımtikilidə özünü asıb. İntiharın səbəbləri hələlik məlum deyil.

Polisdən həmçinin bildirilib ki, Ç. Xəlilli universitet tələbəsi olub.

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR