ABŞ-da 2 Rusiya vətəndaşı həbs edilib

ABŞ-da 2 Rusiya vətəndaşı həbs edilib
# 06 oktyabr 2016 23:53 (UTC +04:00)

Bakı-APA. ABŞ-da iki Rusiya vətəndaşı tutulub. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, Dmitriy Karpenko, Aleksey Krutilin və Nyu-Yorkun Bruklin rayonun sakini Aleksey Barışev hərbi və peyk texnologiyalarının qanunsuz idxalı ittihamı ilə həbs olunublar.

Onlardan A. Barışev Bruklində, D. Karpenko və A. Krutilin isə Kolorado ştatının Denver şəhərində ələ keçirilib.

Qeyd edək ki, ABŞ hökuməti 6 oktyabrda aralarında altı Amerika hərbçisinin də olduğu 8 nəfərə internet vasitəsilə Rusiyaya hərbi avadanlıq satılması üzrə ittiham elan edib. Rusiyanın ABŞ-dakı səfirliyi ölkə vətəndaşlarının həbsi barəsində məlumatlıdır və hazırda bununla bağlı araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR