Təhsil Nazirliyi: Birləşdirilən kolleclərdə müəllimlərin ixtisarı gözlənilmir

Təhsil Nazirliyi: Birləşdirilən kolleclərdə müəllimlərin ixtisarı gözlənilmir
# 12 fevral 2016 09:24 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Orta ixtisas təhsili müəssisələri optimallaşdırılıb. Bunun nəticəsində tələbələrin sayı azalmadığından müəllimlərin dərs yükü mövcud vəziyyətdə qalacaq. Qəbul olunmuş qərar müəllimlərin fəaliyyətinə mənfi təsir göstərməyəcək. Birləşdirilən kolleclərdə müəllimlərin ixtisarı gözlənilmir”.

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. O bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən, eyni və ya oxşar ixtisaslar üzrə kadr hazırlığını həyata keçirən, eyni coğrafi ərazidə yerləşən orta ixtisas təhsili müəssisələri şəbəkəsi optimallaşdırılıb: “Qərara görə, 14 kollec müvafiq qayda üzrə biri digərinə birləşdirilib, 3 kollec profil üzrə müvafiq ali təhsil müəssisələrinin tabeliyinə verilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR