Şirvanda 43 yaşlı kişi özünü asıb

Şirvanda 43 yaşlı kişi özünü asıb
# 03 fevral 2016 07:33 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Şirvan şəhərində intihar hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün səhər saatlarında Şirvan sakini, Mehmandarov küçəsi, ev 16-da yaşayan 1973-cü il təvəllüdlü Ağayev Səfayət Malik oğlunun meyiti yarımçıq tikilidə asılmış vəziyyətdə aşkar edilib. İntiharın hansı səbəbdən baş verdiyi araşdırılır.

S.Ağayevin intihardan əvvəl məktub yazdığı bildirilir. Məlumata görə, mərhum məktubunda ölümündə heç kimin günahının olmadığını, borclu olduğuna, iş tapa bilmədiyinə görə bu yola əl atdığını yazıb.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR