Saday Şəkərlinin məhkəmə prosesi davam etdirilib

Saday Şəkərlinin məhkəmə prosesi davam etdirilib
# 05 may 2016 10:45 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Cinayətlər Məhkəməsində şair Saday Şəkərlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə vəkil Fəxrəddin Mehdiyev vergilər naziri Fazil Məmmədovun və onun müavini olmuş, hazırda ölkə prezidentinin köməkçisi vəzifəsində çalışan Natiq Əmirovun şahid qismində dindirilmələri barədə vəsatət verib.

Məhkəmə vəsatəti təmin etməyib.

Proses mayın 11-də davam etdiriləcək.

Qeyd edək ki, ittihama görə, Bakı şəhər sakini Saday Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S. Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

S. Şəkərli Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR