Bakıda avtobus piyadanı vuraraq öldürüb

Bakıda avtobus piyadanı vuraraq öldürüb
# 19 may 2016 10:22 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda avtobus yoldan keçən şəxsi vurub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, mayın 18-də saat 16 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsində Abşeron rayon sakini Əliyoldaş Dadaşov idarə etdiyi “Daewoo” markalı 155 saylı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Arif Ziyadovu vurub. Piyada hadisə yerində ölüb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR