Bakıda ər arvadını baltalayaraq öldürüb

Bakıda ər arvadını baltalayaraq öldürüb
# 09 sentyabr 2016 14:25 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda qətl törədilib.

Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Bayıl qəsəbəsi Xanlar küçəsi, ev 10 mənzil 4 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan Məzahir Qasımi həyat yoldaşı Fərizəni balta ilə xəsarət yetirib. Qadın aldığı xəsarətdsən hadisə yerindəcə keçinib.

Hadisəni törədən M. Qasımi saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR