Xaçmazda minik maşını iki piyadanı vurub - VİDEO

Xaçmazda minik maşını iki piyadanı vurub - <span style="color: red;">VİDEO
# 02 oktyabr 2015 15:45 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Xaçmaz rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Gəndob-Yalama yolunun 40-cı kilometrliyində, rayonun Qusarçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Xaçmaz şəhər sakini Məcidov Etibar Ayətdin oğlunun idarə etdiyi “Ford Mandeo”, 90 GG 609 dövlət nömrə nişanlı avtomaşınla Yalama istiqamətində hərəkətdə olarkən 1977-ci il təvəllüdlü Xaçmaz rayonu, Qusarçay kənd sakini Cəbrayılov Şirəli Şərafəddin oğlunu vurub. Bundan sonra yolun kənarında dayanan 1955-ci il təvəllüdlü Laçınov Qeybulla Xanəhməd oğluna məxsus “VAZ 2106” markalı avtomaşınla toqquşub. Toqquşmadan sonra avtomobil yolun kənarında dayanan digər piyada, 1987-ci il təvəllüdlü, Xaçmaz rayonu, Qusarçay kəndində yaşayan Tayıbov Asif Pirəhməd oğlunu vurub. Bundan sonra maşın yolun kənarında dayanan 1959-cu il təvəllüdlü Qusarçay kənd sakini Vələkbər Məmmədova məxsus “QAZ 33022” markalı avtomaşına çırpılıb. Qəza nəticəsində xəsarət alan piyadalar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR