UNEC-də differensial əmək haqqı sisteminin nəticələri açıqlanıb

UNEC-də differensial əmək haqqı sisteminin nəticələri açıqlanıb
# 16 sentyabr 2016 09:33 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Sentyabrın 16-da İqtisad Universitetində (UNEC) differensial əmək haqqı sisteminin 2015/16-cı tədris ili üzrə nəticələri ictimaiyyət nümayəndələrinə açıqlanıb.

APA-nın məlumatına görə, UNEC-in rektoru, professor Ədalət Muradov differensial əmək haqqı sistemi barədə məlumat verərək bildirib ki, ABŞ, Avropa, Türkiyə və Rusiya universitetlərinin təcrübəsinə əsaslanan sistem UNEC-də ilk dəfə ötən tədris ilindən tətbiq olunur.

Ə. Muradovun sözlərinə görə, sistemin tətbiqi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilir. Əmək haqlarına differensial əlavələrin edilməsində məqsəd pedaqoji heyətin motivasiyasını təmin etmək və müəllimlər arasında rəqabət mühitini gücləndirməkdir. Heyətin xidməti fəaliyyətinin qiymətləndirilməsi onların universitetdəki elm, tədris və özünüinkişaf fəaliyyət istiqamətləri üzrə həyata keçirilib. Mütəmadi olaraq, hər ay üzrə differensial əmək haqqı sistemi əsasında müəllim, kafedra və fakültələrin reytinq siyahısı universitetin rəsmi saytında yerləşdirilib.

UNEC-in rektoru qeyd edib ki, bu ildən başlayaraq hər tədris ilində - sentyabrın 1-dən iyunun 30-dək toplanan ballara əsasən, müəllimlərin əmək haqlarına əlavələr olunacaq. Əlavələr mövcud əmək haqqının 1,2 – 2 misli qədər nəzərdə tutulub: “ İlk onluğa daxil olan müəllimlərimizin maaşı 2 dəfə, 11-30 onluğuna daxil olan müəllimlərin maaşı 1,7 dəfə, 31-60 onluğun daxil olan müəllimlərin maaşı 1,5 dəfə, sonuncu 61-100 onluğuna daxil olan müəllimlərin maaşı isə 1,3 dəfə artırılacaq”.

Rektor qeyd edib ki, differensial əmək haqqı sistemində müəllimlərlə yanaşı, kafedra və fakültələrin də reytinqi müəyyən edilir.

Universitetin yeni layihələrindən də söz açan rektor əlavə edib ki, İqtisad Universiteti yeni 2016/2017-ci il tədris ilində üç layihəyə start verəcək:

Rektor qeyd edib ki, layihələrdən birinə əsasən 2016/20117-ci il tədris ilində İqtisad Universiteti bütün valideynlərin üzünə açıq olacaq. Valideynlər övladlarının bütün dərslərində rahatlıqla iştirak edə biləcək və onların fikirlərini şəffaf şəkildə bölüşə bilmələri üçün şərait yaradılacaq.

Tədbirdə sistemin işləmə mexanizmini UNEC-in professor-müəllim heyətinin Xidməti Fəaliyyətini Qiymətləndirmə üzrə Daimi Komissiyasının sədr müavini Elşən Bağırzadə təqdim edib.

O bildirib ki, pedaqoji heyət il ərzində xidməti fəaliyyətin qiymətləndirilməsi məqsədilə bütün zəruri məlumatları xüsusi proqram təminatı vasitəsilə sistemə daxil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR