Qərb Universitetində “Qloballaşan dünyada dəyişən gender rolları” mövzusunda konfrans keçirilib

Qərb Universitetində “Qloballaşan dünyada dəyişən gender rolları” mövzusunda konfrans keçirilib
# 05 dekabr 2015 09:45 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Qərb Universitetində Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Qloballaşan dünyada dəyişən gender rolları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. APA-nın məlumatına görə, konfrans Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qərb Universitetinin Gender Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Konfransda çıxış edən universitetin rektoru Zemfira Məmmədova qadınların cəmiyyətdəki rolundan, ölkənin gender siyasətindən danışıb, qeyd edib ki, son illərdə qadınların ictimai həyatda nüfuzu artıb, onların müxtəlif vəzifələrdə təmsil olunması təmin edilib.

Millət vəkilləri Aqiyə Naxçıvanlı, Hadi Rəcəbli, Aydın Mirzəzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva qadınların ictimai-siyasi fəallığının sürətlə artdığını diqqətə çatdırıblar.

Konfransda gender, əmək və ailə, gender və səhiyyə , gender elm və təhsil, müharibə dövründə qadınlar və zorakılıq, gender və liderlik, gender və KİV, gender və miqrasiya mövzularında müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR