Nazir: "Elektron qaydada müraciət edən 8 minə yaxın şəxsə ünvanlı sosial yardım təyin edilib"

Nazir: "Elektron qaydada müraciət edən 8 minə yaxın şəxsə ünvanlı sosial yardım təyin edilib"
# 25 may 2016 19:07 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Sosial yardım almaq üçün elektron qaydada müraciətlərlə bağlı proses sürətlə davam edir.

APA-Economics” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazirin sözlərinə görə, fevral ayından 15-dən bu günədək sistemə 25 minə yaxın ərizə-bəyannamə daxil edilib: "Onlardan 7790-na ünvanlı sosial yardım təyinatı həyata keçirilib. Digərlərində uyğunsuzluq olduğuna, yaxud gəlirləri ehtiyac meyarından yuxarı olduğuna, məlumatlar düzgün daxil edilmədiyinə və digər səbəblərə görə imtinalar verilib. Proses hazırda davam edir. Hazırda emalda 16700 ərizə-bəyannamə var onlar da qanunvericilikdə nəzərdə tutulduğu kimi 15 iş günü ərzində cavablandırılacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR