Bosniya və Herseqovinada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə beynəlxalq forum keçirilib - FOTO

Bosniya və Herseqovinada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə beynəlxalq forum keçirilib - <span style="color: red;">FOTO
# 10 noyabr 2015 07:56 (UTC +04:00)

Bakı-APA. Sarayevoda sabiq baş nazir Zlatko Lagumdzijanın rəhbərlik etdiyi Müştərək Cəmiyyətlər və Dəyərlər təşkilatının keçirdiyi "Gələcəyə baxış - Dayton razılaşmasından 20 il sonra" adlı forumunda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri də iştirak edib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən APA-ya verilən məlumata görə, tədbirdə Dayton razılaşmasından keçən iyirmi il ərzində Balkan regionunda, xüsusilə Bosniya və Herseqovinada baş vermiş proseslər, qarşıda yarana biləcək problemlər və onların həlli yollar müzakirə edilib. Müzakirələrə Hollandiyanın sabiq baş naziri Vim Kok, Avstriyanın sabiq kansleri Alfred Gusenbauer, Latviyanın sabiq prezidenti Valdis Zatlers, Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Lagumdzija və Bosniya Herseqovinanın rəsmiləri, diplomatik korpus nümayəndələri qatılıblar.

Forum çərçivəsində 2016-cı ilin mart ayında təşkil olunacaq 4-cü Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyan bir sıra görüşlər keçirilib. Mərkəzin baş katibi Rövşən Muradov Bosniya və Herseqovinanın prezidenti Mladen İvaniçla görüşərək Qlobal Bakı Forumuna hazırlıq prosesi haqqında məlumat verib və həmsədrlərin ünvanladığı rəsmi dəvət məktubunu təqdim edib. Mladen İvaniç dəvəti qəbul edərək 4-cü Bakı Forumunda iştirakını təsdiqləyib və Nizami Gəncəvi BM-nin Bosniya və Herseqovinada da ali səviyyəli toplantı keçirməyə dəvət edib.

Qeyd olunub ki, Bosniya və Herseqovinanın prezidenti Mərkəzin Bolqarıstanın paytaxtı Sofiyada oktyabr ayında keçirilən ali səviyyəli forumunda iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR